Məsləhət Xİdmətlərİ

MENECMENT SİSTEMİNİN YARADILMASINA BİZİM İŞ YANAŞMAMIZ

  • Hər bir müəssisə üçün menecment sistemi mövcud idarəetmə sistemi əsasında yaradılır. Bunun sayəsində layihəni sıfırdan başlamağa ehtiyac olmur- biz yalnız müəssisədə mövcud idarəetmə sistemi ilə standartın tələbləri arasındakı uyğunsuzluqlara əsaslanaraq çatışmayan elementləri əlavə etməklə mövcud modeli təkmilləşdiririk və tamamlayırıq.
  • Menecment sistemi sertifikatlaşmaya hazırlıq keçən zaman biz bütün mümkün məqamları nəzərə alırıq. Bunun sayəsində menecment sistemlərinin sertifikatlaşması istənilən sertifikatlaşma üzrə xarici orqanda olan müəssisə tərəfindən uğurla keçə bilər. Çoxillik təcrübəmizdən istifadə etməklə, Biz İSO üzrə sertifikatlaşmanın bütün təfərrüatlarını nəzərə alırıq.
  • Müəssisənin işçilərinə təlimlər müəssisənin fəaliyyət sahəsi nəzərə alınmaqla, praktiki nümunələrdən və tapşırıqlardan istifadə etməklə keçirilir.
  • İşlərin gedişatında Bizim məqsədimiz müəssisənin fəaliyyətini yaxşılaşdıracaq qərarların axtarılmasına və tətbiq edilməsinə yönəlmişdir. Müəssisənin fəaliyyətinin beynəlxalq standartların tələblərinə uyğunlaşdırılmasını təmin edən konsaltinq xidmətləri müəssisəyə dəyərlilik gətirən əsas biznes proseslərinin yaxşılaşdırılmasına kömək edir.
  • Uğurlu sertifikatlaşmadan sonra Biz müəssisəyə menecment sisteminin fəaliyyətinin saxlanılması və daimi fəaliyyət göstərməsinə aid məsələlər ilə bağlı məlumat veririk.

Menecment sisteminin (konsaltinq) hazırlanması həmçinin treninqlərin keçirilməsi sənayenin müxtəlif sahələrində tətbiq üzrə böyük istehsalat iş təcrübəsinə malik və Rusiya, Ukrayna, Yaponiyanın Tədris Mərkəzlərində və beynəlxalq təşkilatlarda tədris almış və EOQ Avropa Keyfiyyət Assosiasiyasında sertifikatlaşdırılmış ekspertlər statusuna malik ixtisaslaşdırılmış məsləhətçilər tərəfindən həyata keçirilir.

Bizim işimizin metodları

  • Hər bir müştəriyə müvafiq və fərdi yanaşma.
  • Məsləhətçilərin hazırlama və tətbiq prosesində maksimal iştirakı.
  • Müəssisəsinin spesifikasının nəzərə alınması.
  • Menecment sisteminin hazırlanması prosesində daxili korporativ normalardan, qaydalardan, təlimatlardan, müddəalardan, qaydalardan maksimal istifadə.

Bizim məqsədlərimiz

  • Sizin isteklakçılarınızın məmnunluğunu artırmaq.
  • Biznes proseslərinin idarə edilməsini öyrətmək.
  • Şirkəti daimi yaxşılaşdırılmaya hazırlamaq.

Bizim prinsiplərimiz

  • Müstəqillik.
  • Məxfilik.
  • Məsuliyyət.
  • Əməkdaşlıq.
  • Səlahiyyət.

LAYİHƏNİN TƏTBİQİNİN İŞ ALQORİTMİ

1. Şirkətin fəaliyyətinin qiymətləndirilməsi
Müəssisələrə baxışın ekspress-üsulunun keçirilməsi (mövcud sistemin standartların tələblərinə müvafiqliyinin ilkin qiymətləndirilməsi).
2. Hazırlama
Şirkətin menecment sisteminin standartlar əsasında yaradılması, sənədlərin tətbiqi üzrə, biznes-proseslərin təsviri üzrə konsultasiya-metodiki xidmətlər.
3. Tətbiq və təlim
İşçi heyətə menecment məsələlərinin, standartın tələblərinin (ali rəhbərlik, mütəxəssislər) təlimi, hazırlanmış sistemin təşkilatın fəaliyyətinin real şəraitinə uyğunlaşması zamanı metodiki və konsultasiya yardımı, onun tətbiqində kömək.
4. Tətbiqin monitorinqi
Daxili auditlərin keçirilməsi. Keçirilmiş daxili auditlərin nəticələrinə görə tənzimləyici və qabaqlayıcı tədbirlərin hazırlanması zamanı konsultasiya göstərilməsi.
5. Sertifikatlaşdırma
Sertifikasiya auditinin keçirilməsi zamanı konsultasiya dəstəyinin göstərilməsi.