XƏBƏRLƏR

“Corn Processing Company” MMM-də FSSC 22000 standartının tədbİqİ üzrə layİhə uğurla başa çatmışdır.

Tarix: 29.07.2017

“Corn Processing Company” MMM-də 27-28 iyul 2017-ci il tarixlərində FSSC 22000 standartının tələbləri əsasında qida məhsullarının təhlükəsizliyi üzrə menecmenti sistemi sertifikasiyası uğurla başa çatmışdır.

Məsləhət xidmətləri layihəsinin realizasiyası 2016-cı ildən başlamışdır. Görülmüş işlərin nəticəsi olaraq, “Corn Prosessing Company” MMM qida təhlükəsizliyi idarəetmə sisteminin “Nişasta, patoka, qlukoza, fruktoza istehsalı üzrə” FSSC 22000 tələblərinə müvafiqliyini təsdiq etdi.

Sertifikatlaşdırma auditi SGS sertifikasiya üzrə orqan tərəfindən aparılmışdır.